Mihael Ballak: “Xorvatiyaya qarşı bərbad oynadıq”
13.06.2008 - 09:43
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Biz Xorvatiyaya qarşı bərbad oynadıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Almaniya milli komandasının kapitanı Mihael Ballak deyib. Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının ikinci turunda Xorvatiyaya 1:2 hesabı ilə uduzan almaniyalıların yarımmüdafiəçisi komandasının oyunundan narazı qalıb: “Meydanın hər yerində rəqibimizdən pis oynayır, hər qarışda xorvatiyalılara uduzurduq. Bizim futbolçular elə fikirləşirdilər ki, artıq nəyəsə nail olmuşuq. Bu səbəbdən də arxayınlaşmışdılar”.
Qeyd edək ki, ¼ finala vəsiqəni təmin edən Xorvatiya millisi tarixində ikinci dəfə qitə birinciliyinin qrup mərhələsini adlayıb.
Qeyd edək ki, ¼ finala vəsiqəni təmin edən Xorvatiya millisi tarixində ikinci dəfə qitə birinciliyinin qrup mərhələsini adlayıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0