Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl yeddinci qələbəsini qazanıb
13.06.2008 - 09:45
Bakı. Kənan Həsənov - APA-Sport. Bir günlük fasilədən sonra Gürcüstanın Batumi şəhərində təşkil olunan 8 yaşadək oğlan və qız şahmatçılar arasında Avropa çempionatında VII turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, oğlanların yarışında təmsilçilərimizdən yalnız Şəmşəd Axundov mükafatçılar sırasında yer almaq şansını saxlayır. Hesabında 5 xal olan həmyerlimiz sona iki tur qalmış liderdən cəmi 1 xal geri qalır. Çingiz Məhərrəmli (4 xal) ilə Abdulla Qədimli (3,5 xal) isə fəxri kürsüyə yüksəlmək şanslarını itiriblər. Qızların birinciliyində ardıcıl yeddinci qələbəsini qazanan Günay Məmmədzadə vahid liderdir. Həmyerlimiz ən yaxın izləyicisini 1 xal qabaqlayır. Digər şahmatçımız Xanım Balacayeva 4,5 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 14-də başa çatacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0