Leo Beenhaker: “Bizim üçün Avropa çempionatını artıq başa çatıb”
13.06.2008 - 11:15
“APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Polşa yığma komandasının baş məşqçisi Leo Beenhakker Avstriya ilə (1:1) görüşdən sonra deyib. Hollandiyalı mütəxəssis bildirib ki, ¼ finala çıxmaq şanslarının itməsi ilə barışıb: “Bu, qrupdan çıxmaq üçün son şansımız idi. Fikrimcə, bizim üçün çempionat artıq başa çatıb. Futbolçularımın sanki yuxuladığı ilk 20 dəqiqəni çıxmaq şərti ilə əla matç keçirdik. Uğursuz startdan sonra oyunçularımız ayıldılar. Nəticədə qol vurduq və qələbəyə yaxın idik. Qapımıza təyin edilən penalti ədalətsiz idi. Görünür, hakim özünü bərk gedən oğlan kimi göstərmək istəyirdi”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0