İvitsa Vastiç Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçudur
13.06.2008 - 11:34
Vyana. Elşən Məmmədov - APA-Sport. Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu İvitsa Vastiç olub. Avstriya yığmasının yarımmüdafiəçisi Polşa ilə iyunun 12-də keçirilən B qrupunun ikinci tur qarşılaşmasında penaltidən fərqlənib. Əsas vaxta əlavə olunmuş üçüncü dəqiqədə penaltini dəqiq yerinə yetirərək, komandasını məğlubiyyətdən xilas edib – 1:1. Həmin vaxt İ.Vastiçin dünyaya gəlməsindən 38 il 8 ay 14 gün keçib. Avstriya yığmasının baş məşqçisi Yozef Hikkersberger oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, Polşanın qapısına təyin olunan penaltini İ.Vastiçin dəqiq yerinə yetirəcəyinə əmin olub: “Biz penalti nöqtəsinə məhz Vastiçin yaxınlaşacağına dair razılığa gəlməmişdik. Amma penalti təyin olunarkən, İvitsanın ən təcrübəli oyunçu kimi məsuliyyəti öz üzərinə götürəcəyi müəyyənləşdi. O, 1998-ci il dünya çempionatında çıxış edib, böyük turnirlərin iştirakçısı olub. 99,9 faiz əmin idim ki, Vastiç mütləq qol vuracaq”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0