İvitsa Oliç: “Ən asan qollardan birini Almaniyaya vurdum”
13.06.2008 - 12:00
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Ən asan qollardan birini Almaniya yığmasının qapısına vurdum. Amma bu qol 3 xal qazanmağımızda rol oynadı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının hücumçusu İvitsa Oliç deyib. Avstriya və İsveçrədə keçirilən Avropa çempionatında Almaniya millisinin qapısına ikinci qolu vuran 29 yaşlı hücumçu müəllifi olduğu topun çətinliyini də vurğulayıb: “Əlbəttə, hamı asan qol vurmağımdan danışır. Hərçənd, belə vəziyyətdə topa toxunmaq da lazımdır. Taktiki cəhətdən yaxşı oynadıq. Almaniyalılar yalnız uzun ötürmələrlə bizə problem yaratmağa çalışırdı ki, onların hərəkətlərini də görmək çətin deyildi”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0