Lex Kaçinski: “Qapımıza təyin olunan penaltinin doğru qərar olduğuna inanmıram”
13.06.2008 - 12:27
Bakı. Elşən Məmmədov - APA-Sport. Avstriya yığması ilə Avropa çempionatının oyunu zamanı hakimliyin səviyyəsi Polşa tərəfini qane etməyib. “APA-Sport” agentliyinin məlumatına görə, B qrupunda keçirilən oyunun əsas vaxtına əlavə olunan 3-cü dəqiqədə ingiltərəli referi Hovard Uebbin Polşa millisinin qapısına təyin etdiyi penalti kəskin etirazla qarşılanıb. Hətta Polşa prezidenti Lex Kaçinski də hakimlikdən narazı qaldığını gizlətməyib: “Hakimliyin səviyyəsi o qədər də yüksək deyildi. Mən qapımıza 93-cü dəqiqədə təyin olunan penaltinin doğru qərar olduğuna inanmıram”. L.Kaçinski həm Avstriya, həm də Polşa yığmasının əlverişli imkanlardan layiqincə yararlana bilmədiklərini bildirib. Onun fikrincə, oyun bərabər səviyyədə keçsə də, qələbəni polşalılar qazanmalı idilər.
Qeyd edək ki, Polşa millisi ilə qarşılaşmada Avstriya yığması hakimin təyin etdiyi penalti sayəsində məğlubiyyətdən xilas olub: 1:1.
Qeyd edək ki, Polşa millisi ilə qarşılaşmada Avstriya yığması hakimin təyin etdiyi penalti sayəsində məğlubiyyətdən xilas olub: 1:1.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0