Azərbaycan boksçusu İstanbulda keçirilən turnirin yarımfinalına yüksəlib
13.06.2008 - 14:09
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin İstanbul şəhərində Əhməd Comərtin xatirəsinə həsr olunan beynəlxalq boks turniri həlledici mərhələyə qədəm qoyub. “APA-Sport” agentliyinin milli komandanın baş məşqçisi Nəriman Abdullayevə istinadən verdiyi məlumata görə, 23-cü dəfə təşkil olunan yarışa qatılan dörd boksçumuzdan yalnız biri yarımfinala yüksəlib. Gənclərdən ibarət milli komandamızın üzvü Famil Süleymanov (64 kq) Vyaçeslav Kislitsini (Ukrayna) və İbrahim Elkatmışı (Türkiyə) məğlub edib. Həmyerlimiz bu gün keçirəcəyi yarımfinal döyüşünün nəticəsindən asılı olmayaraq, özü üçün minimum bürünc medalı təmin edib. Komandamızın digər üzvləri, İlkin Ağayev (54 kq), Sadiq Eynullayev (64 kq) və Hafiz İsgəndərov (81 kq) mübarizəni erkən dayandırıblar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0