Avropa çempionatına yollanacaq Azərbaycan boks yığmasının heyəti açıqlanıb
13.06.2008 - 14:47
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın boks üzrə yeniyetmələrdən ibarət milli komandasının iyunun 22-də Bolqarıstanın Plovdiv şəhərində start götürəcək Avropa çempionatına qatılacaq heyəti müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə Boks Federasiyasının baş katibi Tofiq Babanlı məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu yarışda 9 həmyerlimizin iştirakı nəzərdə tutulub. Baş məşqçi Rasim Məmmədovun rəhbərlik etdiyi heyətə Salman Əlizadə (46 kq), Elnur Zeynalov (48 kq), Elnur Əliyev (50 kq), Elvin İsayev (52 kq), Fərid Mansurov (54 kq), Elçin Məmmədov (57 kq), Tamerlan Abdullayev (60 kq), Samir Hacılı (66 kq) və Murad Ağayev (70 kq) cəlb olunublar. İyunun 28-də başa çatacaq turnirin hakimlər korpusunda isə milli komandamızın sabiq üzvü, Dünya Kubokunun qalibi Rövşən Hüseynov yer alacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0