Polşanın baş naziri: “Hakimi öldürmək istədim”
13.06.2008 - 17:28
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Baş nazir olduğumdan sakit olmağa, əsəblərimi cilovlamağa borcluyam. Lakin özümü saxlaya bilməyib hakimi öldürmək istəyirdim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşanın baş naziri Donald Task deyib. Baş nazir bildirib ki, Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının ikinci turunda baş verən hadisələr onu özündən çıxarıb. D.Task Avstriya – Polşa oyununda meydan sahiblərini xeyrinə penalti təyin edən ingiltərəli hakim Hovard Uebbi günahkar sayıb: “Hakimlər hərdən dəhşətli səhvlər buraxır. Bu da onlardan biri idi. Bu səhv bizi şoka saldı. Matçın 93-cü dəqiqəsində hakim səhvindən qol buraxmaqdansa, rəqibimizin ilk yarıdakı imkanların birindən istifadə etməsi yaxşı olardı”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0