Azərbaycanda ağır atletika üzrə dünya çempionatı keçirilə bilər
13.06.2008 - 17:32
Bakı - APA-Sport. 2011-ci ildə ağır atletika üzrə dünya çempionatı Azərbaycanda keçirilə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyi bu mötəbər yarışın ev sahibliyi uğrunda mübarizəyə qoşulmaq üçün namizədliyini irəli sürməyə hazırlaşır. 2011-ci ildə baş tutacaq dünya çempionatı bundan bir il sonra keçiriləcək XXX London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq. AAAF rəsmiləri 2011-ci il dünya birinciliyi ilə yanaşı, Avropa çempionatının təşkilatçılıq hüququnun ölkəmizə verilməsinə çalışacaqlar. Bundan başqa, federasiya iki ildən sonra yeniyetmələr arasında Avropa çempionatı keçirməyə də iddialıdır. Qitə birinciliyinin ev sahibinin adı bu ilin sentyabrında açıqlanacaq.
Qeyd edək ki, Bakı 2005-ci il dünya çempionatının təşkilatçılıq hüququna malik olsa da, yarış qeyri-müəyyən səbəbdən paytaxtımızda keçirilməmişdi.
Qeyd edək ki, Bakı 2005-ci il dünya çempionatının təşkilatçılıq hüququna malik olsa da, yarış qeyri-müəyyən səbəbdən paytaxtımızda keçirilməmişdi.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0