Avropa Ədalətli Oyunlar Komitəsinin prezidenti Bakıda mətbuat konfransı keçirib
13.06.2008 - 17:40
Bakı. Elşən Məmmədov – APA-Sport. Avropa Ədalətli Oyunlar Komitəsinin portuqaliyalı prezidenti Karlos Qonsalves və vitse-prezidentləri türkiyəli Ərdoğan Arıpınarla almaniyalı Manfred Lammer Bakıya gəliblər. “APA-Sport” agentliyinin məlumatına görə, qonaqlar bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, eləcə də Milli Olimpiya Komitəsində mühazirə oxuyublar. Sonra onlar jurnalistlər üçün mətbuat konfransı keçiriblər. K.Qonsalves səfərlərində əsas məqsədin 2009-cu ilin oktyabrında Bakıda keçiriləcək Avropa Ədalətli Oyunlar Komitəsinin Konqresi və Baş Assambleyası ilə əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, hər iki toplantının yeri və dəqiq vaxtı sabah müəyyənləşəcək. Belə ki, qonaqlar Heydər Əliyev adına İdman-Konsert, Taekvondo, Otüstü Hokkey kompleksləri, eləcə də, iclasların keçirilməsi üçün nəzərdə tutulan obyektlərlə tanış olacaq və ölkəmizin idman rəsmiləri ilə məsləhətləşmələr aparacaqlar. Bundan sonra konkret tarix açıqlanacaq.
Ə.Arıpınar təmsil etdiyi təşkilatın gördüyü işlər haqda məlumat verib. O, bildirib ki, hər ilin yanvarında qitə üzrə Ədalətli Oyunlar Hərəkatında xidmətləri olan şəxsləri mükafatlandırmaq üçün müxtəlif ölkələr arasında sorğu aparırlar. Sorğunun nəticələrinə əsasən, fərqlənənləri ali mükafat, eləcə də davranış və əlaqə-anlaşma üzrə mükafatlara layiq görürlər.
M.Lammer isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) dopinqə qarşı mübarizəyə həsr olunan yeni qərarına münasibət bildirib. Qərarda 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından etibarən orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı tapılan idmançının cəzası 6 aydan çox olacağı halda 2012-ci il London Olimpiadasından kənarlaşdırılacağı qeyd olunub. Avropa Ədalətli Oyunlar Komitəsi vitse-prezidentinin fikrincə, bu, BOK-la ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyalar arasında problemlərin yaranmasına səbəb olacaq.

0
0