Hollandiya yığması Avropa çempionatının ¼ finalına çıxan üçüncü komanda olub
14.06.2008 - 10:57
“APA-Sport”un məlumatına görə, Portuqaliya və Xorvatiyanın ardınca Hollandiya yığması da ardıcıl iki qələbə qazanmaqla qrup lideri kimi növbəti mərhələyə adlayıb. Marko van Bastenin çalışdırdığı komanda rəqiblərindən fərqli olaraq, hər iki görüşü böyük hesablı qələbə ilə başa vurub. Hollandlar İtaliyanın ardınca digər dünya və Avropa çempionu - Fransa yığmasını üç top fərqi ilə (4:1) məğlub ediblər. Oyunun əlavə vaxtında vurduğu qolla böyük hesablı qələbəni rəsmiləşdirən Uesli Sneyder yığmasının turnirdə ən sərrast futbolçusu (2 qol), Tyerri Anri isə lideri olduğu Fransa yığmasının turnirdə ilk qolunun müəllifi olub. Bu qrupda ¼ finala ikinci vəsiqə uğrunda mübarizədə Rumıniyanı dah şanslı saymaq olar. Hazırda qrupda 2-ci yerdə olan Viktor Pitsurkanın komandası həm İtaliya, həm də Fransanı xal baxımından qabaqlayır. Ən əsası, rumınların taleyi öz əlindədir və onlar son turda artıq qrup liderliyini təmin etmiş hollandları məğlub etməklə növbəti mərhələyə adlaya biləcək. Xatırladaq ki, çempionatın seçmə mərhələsində rumınlar Hollandiya ilə eyni qrupda idilər və yarışı 1-ci yerdə başa vurmuşdular. Əslində Rumıniya İtaliyanı məğlub etməyə yaxın idi, ancaq yığmanın lideri Adrian Mutu həm oyunda “dubl” etmək, həm də qələbə topunu vurmaq üçün real imkanı əldən verdi. İtaliya yığmasının qapıçısı Canluicci Buffon vaxtilə bir klubda çıxış etdiyi hücumçunun penalti zərbəsini dəf edə bildi. Bununla da komandasına bir xal qazandıran C. Buffon İtaliyanın ¼ final ümidlərini quruyub saxladı.
Hollandiyanın ¼ finala çıxması ilə turnirin favoritlərindən olan İtaliya və Fransadan birinin mübarizəni dayandıracağı dəqiqləşib. Sonuncu turda bir-biri ilə qarşılaşacaq bu yığmalardan qalib gələnin qrupdan çıxması paralel keçirilən Hollandiya – Rumıniya görüşünün nəticəsindən asılı olacaq. Rumıniyanın məğlub olması, İtaliya-Fransa matçının heç-heçə bitməsi ilə hər üç komandanın xalları bərabərləşəcək. Belə olan halda, turnirin əsasnaməsinə görə, yığmalar arasında topların fərqində ən yaxşı göstəriciyə malik olan ¼ finala çıxacaq. Bu göstəricilərdə rəqiblərindən öndə olan rumınlar hollandlara böyük hesabla uduzmamalıdır. 20 il öncə Avropa çempionluğunu qazanan Hollandiya yığmasına isə növbəti titulunu qazanmaq yolunda Fransa və İtaliya kimi rəqibləri qrupda saxlamaq sərf etdiyindən, onlar son turda nəticə haqda düşünməyə bilər.
13 iyun
C qrupu
İtaliya – Rumıniya – 1:1
Adrian Mutu – 55, Kristian Panuççi – 56.
Hollandiya – Fransa – 4:1
Dirk Kuyt - 9, Robin van Persi - 55, Tyerri Anri – 71, Aryen Robben - 72, Uesli Sneyder - 90+2.
Turnir cədvəli
17 iyun: Hollandiya - Rumıniya, Fransa - İtaliya.

Komandalar | O | Q | H | M | T | X |
Hollandiya | 2 | 2 | 0 | 0 | 7-1 | 6 |
Rumıniya | 2 | 0 | 2 | 0 | 1-1 | 2 |
Fransa | 2 | 0 | 1 | 1 | 1-4 | 1 |
İtaliya | 2 | 0 | 1 | 1 | 1-4 | 1 |
17 iyun: Hollandiya - Rumıniya, Fransa - İtaliya.
0
0