Türkiyənin baş naziri Nihat Kahveçidən futbolkasını istəyib
17.06.2008 - 10:36
Türkiyənin baş naziri Nihat Kahveçidən futbolkasını istəyib
Telefon danışığı zamanı baş nazir çexiyalıların qapısına iki qol vuran N.Kahveçidən futbolkasını istəyib. Öz növbəsində N.Kahveçi və zədə ucbatından son matçı buraxan Tümər Mətinin imzalı formaları İsveçrədən xüsusi təyyarə reysilə R.T.Ərdoğana göndərilib. Bunu jurnalistlərlə söhbətində baş nazirin müavini Cemil Çiçek deyib. Eyni zamanda, o, R.T.Ərdoğanın Xorvatiya ilə oyuna gedib-getməyəcəyi ilə bağlı sualı cavablandırıb: “Cənab baş nazir milli komandamızın Çexiya ilə görüşünü şəxsən izləyirdi. Oyundan sonra Fatih Terimi və Nihat Kahveçini təbrik etdi. Ərdoğanın yığmamızın növbəti matçını izləyib-izləməyəcəyini bilmirəm. İmkanı varsa, onun Xorvatiya ilə qarşılaşmaya getməsi yaxşı olardı”.
Qeyd edək ki, Türkiyə Avropa çempionatının 1/4 final mərhələsində Xorvatiya ilə qarşılaşacaq.


0