Azərbaycan boksçusu İstanbulda keçirilən turnirin bürünc medalını qazanıb
17.06.2008 - 10:39
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin İstanbul şəhərində Əhməd Comərtin xatirəsinə həsr olunan beynəlxalq boks turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23-cü dəfə təşkil olunan yarışa qatılan gənclərdən ibarət milli komandamızın dörd üzvündən yalnız biri fəxri kürsüyə yüksəlməyi bacarıb. 64 kq çəki dərəcəsində döyüşən Famil Süleymanov turnirin yarımfinalında Human Kərimiyə (İran) uduzaraq bürünc medal qazanıb. Komandamızın digər üzvləri, İlkin Ağayev (54 kq), Sadiq Eynullayev (69 kq) və Hafiz İsgəndərov (81 kq) mübarizəni erkən dayandırıblar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0