Portuqaliya yığmasının ¼ finalda rəqibi Almaniya olacaq
17.06.2008 - 10:45
Bakı. Elşən Məmmədov - APA-Sport. Avstriya və İsveçrədə keçirilən futbol üzrə Avropa çempionatında daha bir ¼ final cütü müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupunu lider kimi tamamlayan Portuqaliya milli komandasının növbəti mərhələdə rəqibi Almaniya olacaq. B qrupunda Xorvatiya hələ II turda Almaniyanı yenərək, birinci pillənin sahibi kimi ¼ finala vəsiqəni təmin etdiyindən, son turun oyunları əsasən, ikinci yeri tutacaq komandanı müəyyənləşdirmək baxımından önəmli olub. Həmin mövqeyə üç komanda – Almaniya, Avstriya və Polşa iddialı idi. Xorvatiyalılar üçün Polşa ilə görüş prinsipial əhəmiyyət daşımasa da, baş məşqçi Slaven Biliçin yetirmələri rəqibə heç bir şans verməyiblər – 1:0. Almaniya millisinə isə Avstriya ilə qarşılaşmada bir xal da kifayət edirdi. Lakin baş məşqçi Yoahim Lövün komandası da minimal hesablı qələbə qazanaraq, ikinci pillənin sahibi kimi adını növbəti mərhələyə yazdırıb. Beləliklə, iyunun 19-da keçiriləcək ilk ¼ final görüşündə Portuqaliya və Almaniya yığmaları üz-üzə gələcəklər. Ertəsi gün Xorvatiya – Türkiyə matçı baş tutacaq.
Xorvatiya - Polşa - 1:0
İvan Klasniç, 52
Almaniya - Avstriya - 1:0
Mixael Ballak, 49
Turnir cədvəli
Bu gün C qrupunda mübarizəyə yekun vurulacaq. Hollandiya millisi artıq qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edib. İkinci pilləyə isə Rumıniya, Fransa və İtaliya yığmaları iddialıdır. 2006-cı il dünya çempionatının finalçıları - İtaliya və Fransa yığmaları arasında keçiriləcək oyunda qalib müəyyənləşməzsə, Rumıniyaya Hollandiya ilə qarşılaşmada heç-heçə də kifayət edəcək. Çünki ilk iki turdan sonra Rumıniyanın 2, Fransa və İtaliyanın hərəyə 1 xalı var. Bu baxımdan, Rumıniyanın qələbəsi təqdirində, Fransa – İtaliya matçı formal xarakter daşıyacaq. Son dünya çempionatının finalçılarından biri qələbə qazanacağı halda isə ¼ finala vəsiqə qazanmaq üçün Rumıniyanın xal itkisinə ümid bəsləməlidir. C qrupunda ikinci yeri tutacaq komanda iyunun 22-də baş tutacaq ¼ finalda İspaniyanın rəqibi olacaq.
Bombardirlər: David Vilya (İspaniya) – 4, Lukas Podolski (Almaniya), Hakan Yakın (İsveçrə) – hər ikisi 3 top.
Xorvatiya - Polşa - 1:0
İvan Klasniç, 52
Almaniya - Avstriya - 1:0
Mixael Ballak, 49
Turnir cədvəli
Komandalar | O | Q | H | M | T | X |
Xorvatiya | 3 | 3 | 0 | 0 | 4-1 | 9 |
Almaniya | 3 | 2 | 0 | 1 | 4-2 | 6 |
Avstriya | 3 | 0 | 1 | 2 | 1-3 | 1 |
Polşa | 3 | 0 | 1 | 2 | 1-4 | 1 |

0
0