Slaven Biliç: “Türkiyə yığması ilə oyun haqda danışmaq istəmirəm”
17.06.2008 - 11:10
Bakı. Mehman Süleymanov – APA-Sport. “Avropa çempionatından söhbət gedirsə, qrupda hər üç oyunda qələbə qazanmağımız əla nəticədir. Əlbəttə, biz buna nail olan ilk komanda deyilik. İndiyədək ¼ finala yüz faizli ilə çıxan yığmalar çox olub”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliç Polşanı məğlub etdikləri (1:0) oyundan sonra deyib. Rəqibi münasib saymayan 39 yaşlı xorvatiyalı mütəxəssis böyük hesabla qələbə qazanmaq şanslarının olduğunu söyləyib: “Layiqli qələbə qazandıq. Polşa yığmasının qapıçısı Artur Boruçun ustalığı olmasaydı, hələ fasiləyədək iki top fərqi ilə üstünlük qazana bilərdik. Güclü və mütəşəkkil komanda olan Polşa yığması rəqib meydanına 5-6 futbolçu ilə gedərək, çoxlu problem yarada bilər. Biz rəqib pis oynadığına yox, möhtəşəm matç keçirdiyimizə görə qələbə qazandıq. Türkiyə ilə ¼ final oyunu haqda isə hələ danışmaq istəmirəm”.
Qrup sonuncusu olan Polşa milli komandasının hollandiyalı çalışdırıcısı Leo Beenhakkerin sözlərinə görə, belə turnirlərdə təkcə çalışmaqla iş bitmir: “Bütün turnir ərzində təxminən eyni səviyyədə çıxış etdik. Uğurlu çıxış etmək iddiamız olduğumuz üçün hamımız çox məyusuq. Seçmə mərhələdə bundan qat-qat yaxşı çıxış etdiyimizi nəzərə alsaq, bu, kifayət qədər real idi. Ancaq final mərhələsində uğursuz oynadığımızı etiraf etməliyik. Həlledici mərhələyə çıxmağımıza kömək edən əsas futbolçularımız Eusebiuş Smolyarek, Mariuş Levandovski və Yatsek Krjınovek heç də yaxşı formada deyildilər. Ancaq mən onları qınamıram. Çünki heç bir futbolçu üç il ərzində, hətta bir mövsümdən artıq yüksək səviyyədə sabit oyun nümayiş etdirə bilməz. Heyətində əla futbolçular yer alan Xorvatiya yığması çempionata autsayder şəklində başlayaraq, sonda qələbə bayram etmək iqtidarındadır”.

0
0