Mişel Platini: “Türkiyə - Xorvatiya oyununu da tribunadan izləyəcəyəm”
17.06.2008 - 11:23
Bakı - APA-Sport. UEFA prezidenti Mişel Platini Avropa çempionatının 1/4 finalına vəsiqə qazanan Türkiyə yığmasını təbrik edib. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupu çərçivəsində iyunun 15-də keçirilmiş Türkiyə - Çexiya matçını FİFA prezidenti Yozef Zepp Blatterlə birgə izləyən M.Platini oyunun gərgin və maraqlı alındığını bildirib. Fransalı prezident rəqibini 3:2 hesabı ilə məğlub edərək, qrup mərhələsini adlayan türkiyəlilərin ünvanına xoş sözlər söyləyib: “Bu, çempionat başlayandan indiyədək ən çox həyəcan keçirdiyim qarşılaşma oldu. Hər şeyə son 15 dəqiqədə aydınlıq gəldi. Birinci və ikinci hissələrdə Türkiyə milli komandası tam fərqli nəzərə çarpırdı. Türkiyəlilərdən Hamit Altıntop, Emre Aşık, Servet Çetin, Arda Turan və Nihat Kahveçi qitə birinciliyinin ən güclü futbolçularından sayılır”. M.Platini iyunun 20-də Türkiyə və Xorvatiya arasında baş tutacaq 1/4 final qarşılaşmasını da tribunadan izləyəcəyini vurğulayıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0