Yunanıstanla oyunda İspaniya yığmasının əsas heyətində 10 ehtiyat futbolçu yer alacaq
17.06.2008 - 13:30
Bakı. Elşən Məmmədov – APA-Sport. İspaniya milli komandasının baş məşqçisi Luis Araqones 2008-ci il Avropa çempionatında Yunanıstanla sabah keçirəcəkləri oyun üçün start heyəti müəyyənləşdirib. «APA-Sport» agentliyinin İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, D qrupunun son tur qarşılaşmasında əsas heyətin cəmi bir oyunçusu ilk dəqiqələrdən meydana çıxacaq. Bu, 24 yaşlı yarımmüdafiəçi Andreas İnyesta olacaq. Digər mövqelərdə məşqçilər heyəti ilk iki matçda kifayət qədər oynamayan futbolçuları sınamaq qərarına gəlib. Belə ki, qapını Reyna qoruyacaq. Müdafiə xəttində Arbeloa, Albiol, Xuanito və Fernando Navarro yer alacaq. Yarımmüdafiəçi qismində Xabi Alonso, De la Red, Fabreqas, Serxio Qarsiya və İnyestaya şans veriləcək. Yeganə hücumçu isə İspaniya çempionatının bombardiri Daniel Quiza olacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0