Yan Koller və Tomaş Qalaşek Çexiya yığması ilə vidalaşıblar
17.06.2008 - 13:51
Yan Koller və Tomaş Qalaşek Çexiya yığması ilə vidalaşıblar
Bakı. Elşən Məmmədov - APA-Sport. Çexiya milli komandasının futbolçuları Yan Koller və Tomaş Qalaşek yığma karyeralarını başa vurduqlarını açıqlayıblar. «APA-Sport» agentliyinin məlumatına görə, hər iki veteran oyunçu 2008-ci il Avropa çempionatında Türkiyəyə 2:3 hesablı məğlubiyyətdən sonra belə qərara gəliblər. Həmin görüşün nəticəsinə əsasən, Çexiya millisi ¼ finala vəsiqə şansını itirib. Daha bir veteran futbolçu – İtaliyanın «Milan» klubunda çıxış edən 31 yaşlı müdafiəçi Marek Yankulovskinin də eyni addımı atacağı gözlənilir.
Qeyd edək ki. 35 yaşlı Y.Koller və T.Qalaşek son mövsümü Almaniyanın «Nürnberq» klubunda keçiriblər.
0