Azərbaycan şahmatçılarının qələbələri mayın ən yaxşı 15 oyununun siyahısına salınıb
17.06.2008 - 14:46
Bakı. Kənan Həsənov-APA-Sport. Rusiyanın “Chesspro” portalı mayın ən yaxşı 15 oyununu müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, mütəxəssislər seçim zamanı ötən ay keçirilən nüfuzlu beynəlxalq turnirlərdə diqqət mərkəzinə düşən maraqlı görüşlərə üstünlük veriblər. Siyahıya milli komandamızın üç üzvünün iştirakı ilə baş tutan oyunlar da daxil edilib. Vüqar Həşimovun birinci yeri tutduğu Qran-pri turnirində Aleksandr Qrişuk (Rusiya), Teymur Rəcəbovun isə “M-Tel Masters” superturnirində Bu Syançji (Çin) üzərində qazandıqları qələbələr fərqləndirilib. Siyahıda, həmçinin Qədir Hüseynovun Bakıda təşkil olunan “Prezident kuboku” turnirində Malxaz Sulaşvilini (Gürcüstan) məğlub etdiyi görüş yer alıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0