İrina Viner 8 il müddətinə diskvalifikasiya oluna bilər
17.06.2008 - 17:03
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın bədii gimnastika üzrə milli komandasının baş məşqçisi İrina Vineri ciddi cəza gözləyir. “APA-Sport” agentliyinin məlumatına görə, rusiyalı mütəxəssis 8 il müddətinə diskvalifikasiya oluna bilər. Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Rəyasət Heyəti bununla bağlı iyulun 10-a kimi qərar çıxarmalıdır. Bu məsələni iyunun 15-16-da İsveçrənin Lozanna şəhərində müzakirə edən FİG-in Nizam-İntizam Komitəsi müvafiq raport hazırlayıb. İndi İ.Vinerin taleyi Rəyasət Heyətinin çıxaracağı qərardan asılıdır. Rusiyalı mütəxəssislə bağlı araşdırmalara aprelin 22-dən başlanılıb. İ.Viner FİG-in nizamnaməsini pozmaqda, FİG üzvlərinə qarşı aqressiv davranışda və yarışların nəticəsini müxtəlif metodlarla dəyişməkdə ittiham edilir.
Qeyd edək ki, bir müddət öncə eyni ittihamlarla Ukrayna milli komandasının baş məşqçisi İrina Deryugina 8 illiyə cəzalandırılıb.
Qeyd edək ki, bir müddət öncə eyni ittihamlarla Ukrayna milli komandasının baş məşqçisi İrina Deryugina 8 illiyə cəzalandırılıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0