Azərbaycanın iki hakiminə ilk dəfə beynəlxalq dərəcə verilib
17.06.2008 - 17:36
Maribor. Elşən Məmmədov - APA-Sport. Azərbaycanlı iki karate hakimi ölkəmizin tarixində ilk dəfə beynəlxalq dərəcə alıb. Bu haqda «APA-Sport» agentliyinə Karate Federasiyasının mətbuat katibi Nərgiz Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, Yusif Məmmədov və Cahangir Babayev Sloveniyanın Maribor şəhərində hakimlər üçün keçirilən seminarda fərqləniblər. Seminardan sonra keçirilən imtahanlardan uğurla çıxan həmyerlilərimiz beynəlxalq miqyaslı yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0