Fransa və Rumıniya yığmaları Avropa çempionatında mübarizəni dayandırıblar
18.06.2008 - 10:43
Fransa və Rumıniya yığmaları Avropa çempionatında mübarizəni dayandırıblar
Oyunun ilk yarısında iki oyunçu itkisi ilə üzləşən fransalılar qapılarından eyni sayda qol buraxıblar. Belə ki, 10-cu dəqiqədə aparıcı futbolçu Frank Riberi ciddi zədə alaraq, Samir Nəsri ilə əvəzlənib. Bundan 16 dəqiqə sonra cərimə meydançası daxilində Luka Toniyə qarşı kobudluq edən Erik Abidalı görüşün slovakiyalı baş hakimi Lüboş Mihel meydandan qovub. Bununla yanaşı, L.Toninin qazandığı penaltini Andrea Pirlo dəqiq yerinə yetirib. Fasilədən sonra baş məşqçi Roberto Donadoninin komandası daha bir qol vurub. Daniele de Rossi cərimə zərbəsindən fərqlənib. Paralel keçirilən oyunda Hollandiya yığmasının Rumıniya üzərində 2:0 hesablı qələbə qazanması xəbərini alan İtaliya futbolçuları növbəti mərhələ sevincini bölüşüblər. Hollandiyalılar hələ II turdan sonra ¼ finala vəsiqəni təmin etmişdilər. Son turda Rumıniya ilə görüş baş məşqçi Marko van Bastenin komandası üçün prinsipial əhəmiyyət daşımırdı. Bununla belə, M.van Basten vaxtilə İtaliyanın “Milan” klubunda birgə çıxış etdiyi R.Donadonini darda qoymayıb. Hollandiya yığması əsas heyətinin bir neçə oyunçusunun iştirak etmədiyi görüşdə 2:0 hesablı qələbə qazanıb. Nəticədə Fransa ilə yanaşı, Rumıniya millisi də mübarizəni dayandırıb.
İtaliya yığması ¼ finalda D qrupunun lideri İspaniya ilə qarşılaşacaq. Oyun iyunun 22-də Avstriyanın paytaxtı Vyanadakı “Ernst Happel” stadionunda keçiriləcək. Fransa ilə görüşdə sayca ikinci sarı vərəqəni alaraq, cəzalı duruma düşən Andrea Pirlo və Cennaro Qattuzo növbəti matçı buraxacaqlar. Hollandiya yığmasının rəqibi isə bu gün Rusiya – İsveç matçında müəyyənləşəcək. Rusiya qələbə qazana bilməsə, ¼ finala vəsiqəni İsveç yığması əldə edəcək. Növbəti mərhələdə, həmçinin Portuqaliya – Almaniya (19 iyun) və Xorvatiya – Türkiyə (20 iyun) qarşılaşmaları da keçiriləcək.

C qrupu, III tur

Fransa – İtaliya – 0:2

Andrea Pirlo, 26-penalti ilə, Daniele de Rossi, 64
Hollandiya – Rumıniya – 2:0
Klaas-Yan Huntelaar, 54, Robin van Persi, 87

Turnir cədvəli

Komandalar

O

Q

H

M

T

X

Hollandiya

3

3

0

0

9-1

9

İtaliya

3

1

1

1

3-4

4

Rumıniya

3

0

2

1

1-3

2

Fransa

3

0

1

2

1-6

1



Bombardirlər: David Vilya (İspaniya) – 4, Lukas Podolski (Almaniya), Hakan Yakın (İsveçrə) – hər ikisi 3 top.
0