Luis Araqones: “İtaliya yığmasından qaçmaq imkanı olsaydı, buna çox sevinərdim”
18.06.2008 - 14:30
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniya milli komandasının baş məşqçisi Luis Araqones Avropa çempionatının ¼ final mərhələsində qarşılaşacağı İtaliya yığmasından çəkinir. “APA-Sport” agentliyinin məlumatına görə, 69 yaşlı ispaniyalı mütəxəssisi italyanlarla görüşmələri məyus edib. L.Araqones bu rəqibdən qaçmaq imkanı olsaydı, buna çox sevinəcəyini etiraf edib: “İtaliya yığması ən çox görüşmək istədiyim komanda deyil. Bu rəqiblə oynamaq istəməzdim. Düzdür, bu turnirdə bütün rəqiblər çətindir və hamı istənilən komandanı məğlub edə bilər. Ancaq son dünya çempionları sayılan İtaliya yığması qiymətsiz təcrübəyə malikdir. İtalyanlar oyunları alınmayanda belə nəticəni necə əldə etməyi bilirlər”.
Qeyd edək ki, iyunun 22-də keçiriləcək İspaniya – İtaliya son ¼ final oyunu olacaq.
Qeyd edək ki, iyunun 22-də keçiriləcək İspaniya – İtaliya son ¼ final oyunu olacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0