Azərbaycan futzal yığması Slovakiyaya gedir
18.06.2008 - 15:27
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 16 yaşadək eşitmə qüsurlu futzalçılardan ibarət milli komandası Slovakiyanın Preşov şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Azərbaycan Əlillər Futbolu Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yığmamız iyunun 21-də səfərə yollanacaq. Ertəsi gün start götürəcək yarışda 16 kollektiv qüvvəsini sınayacaq. Turnirə Avropanın 11, Afrikanın 3, Asiyanın isə 2 komandası dəvət alıb. Elşad İbrahimovun rəhbərlik etdiyi yığmamızın rəqibləri iyunun 22-də müəyyənləşəcək. Həmin gün turnirin təşkilat komitəsində püşk atılaraq, iştirakçılar hərəsində 4 komanda olmaqla, 4 qrupa bölünəcək. Qrup mərhələsində ilk iki yeri tutanlar 1/4 finala vəsiqə qazanacaqlar. Yarış iyunun 29-da başa çatacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0