Yoahim Löv: “Şanslarımız bərabərdir”
18.06.2008 - 17:30
Bazel. Elşən Məmmədov – APA-Sport. Sabah 2008-ci il Avropa çempionatının ¼ finalında qarşılaşacaq Almaniya və Portuqaliya milli komandalarının qələbə şansları bərabərdir. «APA-Sport» agentliyinin məlumatına görə, bu haqda Bundestimin baş məşqçisi Yoahim Löv bildirib. 48 yaşlı mütəxəssis A qrupunda Xorvatiya və Avstriya yığmaları ilə keçirdikləri son iki matçda əsl güclərini nümayiş etdirə bilmədiklərini açıqlayıb: «Xorvatiya ilə görüşdə pis çıxış etdik. Avstriyaya qarşı oyunda isə biz böyük təzyiq altında idik. Çünki həmin vaxt az qala fövqəladə vəziyyətlə üzləşmişdik. Yolumuzu davam etdirmək üçün, xüsusən, görüşün sonlarında təzyiqlərə davam gətirmək lazım idi. Xoşbəxtlikdən, buna nail olduq». Y.Löv qarşıdakı matçda Portuqaliya millisinin Xorvatiya və Avstriya ilə müqayisədə daha çox hücuma keçəcəyini vurğulayıb. Onun fikrincə, bu cür taktika almaniyalı futbolçuların xeyrinə işləyəcək: «Üstəlik, turnirdə ilk dəfə biz favorit olmayacağıq. Meydançaya iki hücumameylli komandanın çıxacağını gözləyirəm. Uğur qazanma şanslarımızı 50-nin 50-yə nisbətində dəyərləndirirəm».
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq Portuqaliya – Almaniya matçı İsveçrənin Bazel şəhərindəki «Sent Yakob-Park» stadionunda keçiriləcək.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:45-də başlanacaq Portuqaliya – Almaniya matçı İsveçrənin Bazel şəhərindəki «Sent Yakob-Park» stadionunda keçiriləcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0