UEFA Almaniya yığmasının baş məşqçisini Yoahim Lövü cəzalandırıb
18.06.2008 - 18:30
Bakı - APA-Sport. UEFA Nizam-İntizam Komitəsi Almaniya milli komandasının baş məşqçisi Yoahim Lövü bir oyunluq diskvalifikasiya edib. “APA-Sport” agentliyinin məlumatına görə, buna 45 yaşlı çalışdırıcının Avropa çempionatının B qrupunun son turunda Avstriya ilə görüşdə (1:0) texniki zonadan uzaqlaşdırılması səbəb olub. Y.Löv birinci hissənin sonlarında dördüncü hakim Dəmir Skomina ilə mübahisə etdiyindən qırmızı vərəqə alıb. Qalan vaxtda isə oyunu tribunadan izləyib. Beləliklə, sabah Portuqaliyaya qarşı 1/4 final görüşündə Y.Lövün texniki zonada oturmasına icazə verilməyəcək. Y.Lövlə yanaşı, Avstriyanın baş məşqçisi Yozef Hikersberger də qırmızı vərəqə ilə cəzalandırılsa da, UEFA onun barəsində qərar çıxarmayıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0