Azərbaycan basketbol milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib
19.06.2008 - 09:50
Bakı. Kənan Həsənov - APA-Sport. Kişilərdən ibarət Azərbaycan basketbol milli komandası Şotlandiyanın Edinburq şəhərində keçirilən Avropa çempionatının C divizionunda ardıcıl ikinci qələbəsini qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupunda yer alan yığmamız San-Marinonu 75:69 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Komandamızın gürcüstanlı legioneri David Barbakadze 27 xalla görüşün ən məhsuldar basketbolçusu olub. Elxan Əliyevin başçılıq etdiyi milli komandamız növbəti oyununu bu gün, ardıcıl iki qələbə qazanan Moldovaya qarşı keçirəcək. B qrupunda isə ilk iki qarşılaşmada maksimum nəticə göstərən Şotlandiya və Andorra ½ finala yüksəlib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0