Xəzər dənizində üzgüçülük marafonu keçiriləcək
19.06.2008 - 11:19
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibətilə Xəzər dənizində iyunun 21-də üzgüçülük marafonu keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib. Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələrinin İdman Klubu ilə birgə təşkil ediləcək tədbirdə üzgüçülər Nargin adasından Milli Parkda Sahil bağı ilə üzbəüz olan 9400 metrlik məsafəni qət edəcəklər. Yarışa iki komanda – üzgüçülük yığmamız və Hərbi Dəniz Qüvvələri İdman Klubunun idmançıları qatılacaqlar. Onların hər birinin tərkibi 12 nəfərdən ibarət olacaq. 12 mərhələdən ibarət məsafəni üzgüçülərimiz estafeti ötürməklə qət edəcəklər. Tədbirlə bağlı ətraflı məlumat sabah keçiriləcək mətbuat konfransında veriləcək.
Qeyd edək ki, sonuncu dəfə Xəzər dənizində analoji üzgüçülük marafonu 1981-ci ildə keçirilib.
Qeyd edək ki, sonuncu dəfə Xəzər dənizində analoji üzgüçülük marafonu 1981-ci ildə keçirilib.
0
0