Rusiyaya məğlubiyyətdən sonra İsveç yığmasının futbolçusu karyerasını başa vurub
19.06.2008 - 13:19
İnsbruk. Elşən Məmmədov - APA-Sport. İsveç milli komandasının futbolçusu Niklas Aleksandersson yığma karyerasını başa vurub. «APA-Sport» agentliyinin məlumatına görə, 37 yaşlı müdafiəçi Avropa çempionatının qrup mərhələsində Rusiya yığmasına 0:2 hesablı məğlubiyyətdən sonra belə qərara gəlib. N.Aleksandersson qərarını gənclərə yol vermək istəyi ilə izah edib.
İsveç millisində 109 oyun keçirən təcrübəli futbolçu 2008-ci il Avropa çempionatında yalnız Yunanıstan üzərində 2:0 hesablı qələbə qazandıqları matçda meydana çıxıb. Lakin həmin görüşdə aldığı zədə N.Aleksanderssonun növbəti qarşılaşmalarda iştirakına imkan verməyib.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0