Azərbaycan basketbol yığması Moldovaya uduzub
19.06.2008 - 17:38
Bakı. Kənan Həsənov - APA-Sport. Kişilərdən ibarət Azərbaycan basketbol yığması Şotlandiyanın Edinburq şəhərində keçirilən Avropa çempionatının C divizionunda ilk məğlubiyyətlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupunda yer alan milli komandamız Cəbəllüttariq və San-Marino üzərində qələbələrdən sonra Moldovaya uduzub - 61:70. Nəticədə 5 xal toplayan komandamız yarımfinala qrup ikinci kimi yüksəlib. Bu görüşdə yığmamızın ən məhsuldar oyunçusu yenə gürcüstanlı legioner David Barbakadze (18 xal) olub. Rəqibin heyətində isə üç il öncə “Qala” klubunun şərəfini qoruyan Yevgeni Melnik 24 xal toplayıb. Yığmamızın iyunun 21-də təşkil olunacaq yarımfinaldakı rəqibi B qrupunda maksimum nəticə göstərən Şotlandiya və Andorra komandalarının görüşündə müəyyənləşəcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0