Hollandiya - Rusiya və İspaniya - İtaliya matçının hakimləri müəyyənləşib
19.06.2008 - 17:41
Bakı. Elşən Məmmədov - APA-Sport. Avropa çempionatında son iki ¼ final matçlarının hakimləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, iyunun 21-də İsveçrənin Bazel şəhərində keçiriləcək Hollandiya - Rusiya matçı slovakiyalı referi Lüboş Mihelə tapşırılıb. Ona həmyerliləri Roman Slisko və Martin Balko kömək edəcək. Ehtiyat hakim isveçrəli Massimo Busakka olacaq. Ertəsi gün Avstriyanın paytaxtı Vyanada baş tutacaq İspaniya – İtaliya qarşılaşmasına isə Herbert Fandel (Almaniya) təyinat alıb. Laynsmanlar Karsten Kadax və Volker Vedzel (hər ikisi Almaniya), ehtiyat hakim Frank de Blekere (Belçika) olacaq.
L.Mihel əvvəllər İsveçrə – Türkiyə (1:2) və Fransa – İtaliya (0:2) matçlarının, H.Fandel Portuqaliya – Türkiyə (2:0) və Hollandiya – Fransa (4:1) qarşılaşmalarının baş hakimi olub.
L.Mihel əvvəllər İsveçrə – Türkiyə (1:2) və Fransa – İtaliya (0:2) matçlarının, H.Fandel Portuqaliya – Türkiyə (2:0) və Hollandiya – Fransa (4:1) qarşılaşmalarının baş hakimi olub.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0