Xorvatiyalı futbolçu: “Türkiyəni məğlub edəcəyimizə əmin deyiləm”
19.06.2008 - 17:44
Bakı. Mehman Süleymanov - APA-Sport. “Milli komandamızın Türkiyə ilə 1/4 final oyununda qalib gələcəyinə əmin deyiləm. Bu matç xüsusilə bizim üçün çətin olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Bakı” klubunun xorvatiyalı legioneri Ernad Skuliç deyib. Vətənində istirahətini başa vuraraq bu gün Azərbaycana qayıdan yarımmüdafiəçi bildirib ki, Xorvatiyanın Türkiyə səddini aşacağına inamı azdır: “Türkiyəlilər azarkeş baxımından da üstündürlər. Finalda isə Hollandiya və Portuqaliya yığmalarının görüşəcəyi daha inandırıcı görünür. Amma futbolda hər şey olur. Heç kimin inana bilmədiyi komandalar da finala çıxa bilər”.
Qeyd edək ki, E.Skuliç ötən mövsümün ikinci dövrəsindən “Bakı”da çıxış edir.
Qeyd edək ki, E.Skuliç ötən mövsümün ikinci dövrəsindən “Bakı”da çıxış edir.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0