Avropa çempionatına yollanacaq Azərbaycan güləşçilərinin adları açıqlanıb
19.06.2008 - 18:15
Bakı. Elşən Məmmədov - APA-Sport. İyunun 24-də Latviyanın Dauqavpils şəhərində start götürəcək yeniyetmələr arasında Avropa çempionatına yollanacaq Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Akif Əliyev altı gün davam edəcək qitə birinciliyində 10 mümkün çəkidən 9-da pəhləvanlarımızı sınaqdan çıxaracaq. Baltikyanı ölkəyə Allahşükür Paşazadə (42 kq), Eldəniz Əzizli (46 kq), Mahir Niftəliyev (50 kq), Kazım Məhəmmədov (54 kq), Rəsul Cunayev (58 kq), Toğrul Yunuslu (63 kq), Niyaməddin İbrahimov (69 kq), Süleyman Babayev (76 kq) və Əsəd Əsədzadə (85 kq) aparılacaq. Yalnız 100 kq çəkidə təmsilçimiz olmayacaq. Yarışın proqramına əsasən, iyunun 28-də A.Paşazadə, T.Niftəliyev, R.Cunayev, N.İbrahimov və Ə.Əsədzadə, ertəsi gün isə E.Əzizli, Q.Məhəmmədov, T.Yunuslu və S.Babayev döşək üzərinə çıxacaqlar.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0