Azərbaycan cüdoçusu Elçin İsmayılov veteranların dünya çempionatında mübarizə aparacaq
20.06.2008 - 15:07
Bakı. Aqşin Əliyev - APA-Sport. İyunun 24-də Belçikanın paytaxtı Brüsseldə veteran cüdoçuların 10-cu dünya çempionatı start götürəcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda ölkəmizin şərəfini 12 idmançı qoruyacaq. Kişilərin mübarizəsində Cavid Əliyev (60 kq), Vüqar Kərimov (66 kq), Elçin İsmayılov, Əli Əhmədov (hər ikisi 73 kq), Adil Əliyev, Mübariz Cəfərov, Tərlan Poladov (hamısı 81 kq), Rəsul Sultanov, Fərhad Rəcəbli (hər ikisi 90 kq), Azər Əsgərov (100 kq) və Sultan Tağıyev (+100 kq) çıxış edəcəklər. Heyətdə ən diqqətçəkən isimlər Adil Əliyev və Elçin İsmayılovdur. Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti A.Əliyev adətən cüdo yarışlarına qatılır. O, ötən ay kikboksinq üzrə dünya çempionatında da qızıl medal qazanıb. Brüssellə yollanacaq Elçin İsmayılovun adı isə bəzilərini çaşdıra bilər. Bu, heç də yığmamızın üzvü, dördqat Avropa çempionu Elçin İsmayılov deyil, onun adaşıdır. Qarşıdakı dünya çempionatda Zülfiyyə Hüseynova da tatami üzərinə çıxacaq. 70 kq çəki dərəcəsində yarışan xanım idmançımız ötən il Braziliyada keçirilən analoji çempionatda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0