Türkiyənin baş naziri: “Ölkəmizin bu qələbəyə ehtiyacı var idi”
21.06.2008 - 11:13
Bakı. Kənan Həsənov - APA-Sport. “Çox xoşbəxtəm. Gərgin mübarizənin nəticəsində qalib gəldik. Həyat yoldaşım da oyun başa çatan kimi ağlayaraq mənimlə əlaqə saxladı. Ölkəmizin bu qələbəyə ehtiyacı var idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində keçirilən Türkiyə - Xorvatiya matçını stadiondan canlı izləyən R.T.Ərdoğan paltardəyişmə otağına gedərək futbolçuları təbrik edib: “Sizlərlə qürur duyuram. Bu qələbə millətimiz üçün çox önəmli idi. Hamınızı təbrik edirəm. Hesabda geri olarkən də ümidimi itirmədim. Top Semihin ayağına düşəndə qol olacağını anladım”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0