Türkiyə yığmasının kapitanı: “Finalda İspaniyanı gözləyirik”
21.06.2008 - 11:22
Bakı. Kənan Həsənov – APA-Sport. “Biz sonadək mübarizə aparıb Xorvatiya üzərində layiqli qələbə qazandıq. Yarımfinala yüksəlməklə tarixə düşdük. Çox xoşbəxtik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə milli komandasının kapitanı Nihat Kahveci söyləyib. Futbolçu hədəflərinin finala yüksəlmək olduğunu bildirib: “Biz artıq finalın bir addımlığındayıq. Növbəti rəqibimiz Almaniya güclü komandadır və onları məğlub etmək asan olmayacaq. Amma biz ilk növbədə gücümüzə inanmalıyıq. Finala yüksəlsək, mən orada İspaniyanı gözləyəcəyəm”.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0