Bakıda komandalararası Dünya Kuboku
05.06.2009 - 17:45
İyunun 10-dan 14-dək Bakıda taekvondo üzrə komandalar arasında Dünya Kuboku uğrunda turnir və paralimpiyaçılar arasında dünya çempionatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda həm kişi, həm də qadın komandalar mübarizə aparacaq. Yarışın ilk günü paralimpiyaçılar arasında dünya çempionatı, iyunun 11-də isə böyüklər arasında komandalar arasında Dünya kubokuna start veriləcək.
Turnirdə 24 ölkədən 30 komandanın iştirakı gözlənilir. Azərbaycan böyüklərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılar arasında dünya çempionatında isə ölkəmizin idman şərəfini 9 taekvondoçu qoruyacaq.
AzərTac

- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0