Məmmədov gümüşlə qayıdır
08.06.2009 - 15:46
İyunun 6-7-də Gürcüstanın paytaxtı Tbilisidə bu ölkənin tanınmış güləşçisi, olimpiya və dünya çempionu Givi Kartoziyanın xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumatına görə, məşqçi Akif Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığma komanda üzvlərimizdən 60 kq-da yarışan Kamran Məmmədov mükafatçılar sırasına düşüb. O, finalda yerli idmançıya uduzaraq turnirində ikinci yeri tutub.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
0
0