Azərbaycan “Baltic Cup”da bürünc mükafatçı oldu
09.06.2009 - 15:05
Azərbaycan yığması Polşada keçirilən “Baltic Cup” beynəlxalq turnirinin bürünc mükafatçısı olub. Gimnastika Federasiyasının mətbuat xidmətindən apasoport.az saytına verilən məlumata görə, Vəfa Hüseynova, Valeriya Yeqay, Anastasiya Prasolova, Dina Qorina, Ceyla Quliyeva və Nigar Mirzəyevadan ibarət kollektiv 3 lent və 2 iplə hərəkətlərlə finalda 3-cü yeri tutub. Bürünc medalçılarımız yalnız Rusiya və ev sahiblərindən geri qalıblar.
Bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasilevanın fikrincə, kollektiv qarışıq hərəkətlərdə daha hazırlıqlı olub və İsrail idmançılarını qabaqlamağı bacarıblar: “Deyə bilərəm ki, bizim kompozisiya həm hakimlərin, həm də tamaşaçıların xoşuna gəlir. Amma hələlik, gimnastlar heç də bütün hərəkətləri dəqiqliklə yerinə yetirə bilmirlər, və biz məşqçilər bunu aradan qaldıracağıq. Sentyabrda Yaponiyada keçiriləcək dünya çempionatına qədər mən Sofiyanın məşhur “Levski” klubunda ayyarımlıq təlim-məşq toplanışları, bunun davamı olaraq isə Burqas şəhərinin “Mladost” zalında məşqlər planlaşdırmışam. Təlim-məşq toplanışlarından öncə və sonra komanda Amsterdam turnirində və Minskdə Dünya kuboku mərhələsində iştirak edəcək”.
Polşada fərdi turnirdə isə iştirak edən Samirə Mustafayeva iki finalda çıxış edib. O, ən yaxşı nəticəni topla göstərib – 5-ci yer. İplə hərəkətlərdə isə o, 8-ci olmuşdur.
Çoxnövçülükdə Samirə 6-cı yeri tutub. Mükafatlara Rusiya idmançıları Darya Yermakova və Yana Lukonina, eləcə də polyak İoanna Mitroş layiq görülüblər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0