Əli İsmayılovun növbəti döyüşü
16.06.2009 - 12:41
Azərbaycanın peşəkar boksçusu Əli İsmayılovun keçirəcəyi növbəti döyüşün tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı boksçu sentyabrda rinqə çıxacaq.
Hərçənd, onun gələn ay döyüşəcəyi gözlənilirdi. Lakin Əli payızda qüvvəsini sınamaq qərarına gəlib: “Argentinalı Viktor Ramiresə uduzduqdan sonra menecerim Aleksandr Yaqupov mənə istirahət üçün daha çox vaxt lazım gəldiyini bildirdi. Peşəkar rinqdə növbəti döyüşümə sentyabrın sonlarında, təxmini ayın 24-25-də çıxacağam. Rəqibimin kimliyi bilinməsə də, döyüş reytinq xarakterli olacaq”.
Qeyd edək ki, İsmayılov son döyüşünü mayın 16-da Argentinanın paytaxtı Buenos-Ayresdə yerli boksçu Viktor Emilio Ramiresə qarşı keçirib və məğlubiyyətlə üzləşib.
Mənbə: extratime.az

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0