Milli komanda “Amsterdam Masters”ə yollanır
23.06.2009 - 17:09
İtaliyanın Prato şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu yarışda təmsil edən 13 yaşlı Lalə Yusifova çoxnövçülük proqramı üzrə çıxışların nəticələrinə əsasən 8-ci yeri tutub. Turnirdə ilk üç yerin sahibi Rusiya, İtaliya və Bolqarıstan gimnastları olub.
Bu həftə qadın gimnastlar daha iki turnirdə iştirak edəcəklər. Onlardan birincisi gənc qızlar üçün Kislovodskda (24-25 iyun) keçiriləcək. Həmin turnirdə ölkəmizi Mənsurə Bağıyeva və Yekaterina Prokopenko (hər ikisi 1997-ci il təvəllüdlü), habelə Səbinə Hümmətova (1999) təmsil edəcək. İkinci yarış qadın gimnastlar üçündür. Hollandiyada dünyanın ən yaxşı qrup kollektivləri “Amsterdam Masters” turnirinə qatılacaqlar. Baş məşqçi Mariana Vasilyevanın rəhbərlik etdiyi Azərbaycanın qrup komandası iki növ üzrə - 5 halqa və 3 lent /2 iplə yarışacaqdır.
AzərTac

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0