Avropa çempionatına yollanan milli komandamızın heyəti açıqlandı
23.06.2009 - 18:13
Azərbaycanın yeniyetmələrdən ibarət cüdo yığması Sloveniyada keçiriləcək Avropa çempionatına 9 idmançı ilə yollanacaq. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, iyunun 26-dan 28-dək Koper şəhərində keçiriləcək yeniyetmələrin qitə birinciliyində Kamran Bağırov (50 kq), Ceyhun Qatayev (55 kq), Mahir Cəfərli (60 kq), Cəlil Cəlilov (66 kq), Ruslan Fərruxzadə (73 kq), Andrey Fatiyev (+90 kq), qızlardan Aişə Qurbanlı (48 kq), Şəfəq Muradzadə (52 kq) və Xanım Hüseynova (63 kq) mübarizə aparacaq. Cüdoçularımız yarışa yığmamızın məşqçiləri Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında çıxış edəcək.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0