Güləşçilər 6 medalla qayıdırlar
27.06.2009 - 18:50
İranın Astara şəhərində uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, turnirdə sərbəst güləş növündə 11 idmançı ilə təmsil olunan Azərbaycan yığma komandası 2-ci yarış günü daha 3 medal qazanıb.
76 kq cəki dərəcəsində Orxan Şərifov yalnız finalda uduzmaqla 2-ci yeri tutub. 63 kq-da Ruslan Şükürov və 69 kq-da Pərviz Axundov isə bürünc medal qazanıblar.
Xatırladaq ki, ilk yarış günü 50 kq-da yarışan Fərrux Ələkbərov 2-ci, həmin çəkidə Qalib Əliyev və 58 kq-da Bəxtiyar Israfilli isə 3-cü nəticə göstərmişdilər.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0