Güləşçimiz Avropa çempionudur! - YENİLƏNİB
02.07.2009 - 19:50
Azərbaycanın gənc güləşçilərdən ibarət milli komandası Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunan Avropa çempionatında bu gün iki medal qazanacaq. Apasport.az saytının məlumatına görə, bu gün yunan-Roma növündə qüvvəsini sınayan 3 pəhləvanımızdan 2-si finala yüksəlib.
55 kq
Bu çəkidə Orxan Əhmədov ardıcıl 3 qələbə qazanıb. Öncə Niko Ohukayneni (Finlandiya) üstələyən həmyerlimiz daha sonra Andrey Xalyavitski (Belarus) və Kemal Xarabadzeyə (Gürcüstan) qalib gəlib. Pəhləvanımız az öncə finalda rusiyalı Muradiz Aratşanovla qarşılaşıb və 3:2 hesablı qələbə qazanaraq Avropa çempionu olub.
66 kq
Rüstəm Əliyev isə uğursuzluqla üzləşib. O, çexiyalı Filip Dubskiyə qalib gəlsə də, 1/8 finalda Ravil Qaleyevə (Rusiya) uduzub. Qaleyev özü də yarımfinalda məğlubiyyət acısı dadıb. Buna görə də Rüstəm təsəlliverici mərhələyə qatılmaq şansını da itirib.
84 kq
Daha bir azərbaycanlı Murtuza Tağıyev da qitə çempionu olmağa çox yaxındır. İtaliya, Ukrayna və Gürcüstandan olan rəqiblərini üstələyən pəhləvanımız finalda Ramsin Azizsirlə (Almaniya) güləşib. Amma qızıl uğrunda mübarizədə Tağıyev rəqibinə uduzub.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0