34 dəfə dünya rekordçusu Azərbaycan yığmasında!
03.07.2009 - 13:16
Ağır atletika üzrə Azərbaycan milli komandasını bolqarıstanlı Yanko Rusev çalışdıracaq. Bu barədə apasport.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məlumat verib.
İsmayılov bildirib ki, Rusevlə hələlik rəsmi müqavilə imzalanmayıb: “Bu məsələ federasiyanın İcraiyyə Komitəsində müzakirə olunacaq və müvafiq qərar qəbul olunacaq. Bolqarıstanlı məşqçi ilə müqavilənin müddəti də həmin vaxt bilinəcək”.
Rusev 1980-ci il Moskva Olimpiadasının qalibidir. Dünya və Avropa çempionu tituluna da yiyələnmiş bolqarıstanlı 34 dəfə dünya rekordunu təzələyib. 51 yaşlı çalışdırıcı ötən ay Bakıya təşrif buyuraraq, gənclər və idman naziri Azad Rəhimovla görüşüb.
Qeyd edək ki, Rusev Vahid Nəzərovun yerinə yığmaya baş məşqçi təyin olunub.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0