Nokauta düşən daha bir boksçu dünyasını dəyişdi
28.07.2009 - 13:30
Daha bir boksçu dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, amerikalı dəri əlcək ustası Fransisko Monsivays nokautla uduzduğu döyüşdən bir sutka sonra, 21 yaşında vəfat edib. Onun ölümünə səbəbkar rinqdə görüşdüyü həmyerlisi Bobbi O’Bennon olub. Monsivays 4 raunddan ibarət döyüşün sonlarında nokauta düşüb. Fransisko döyüşdən dərhal sonra xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu, Monsivaysın peşəkar boksda ikinci döyüşü imiş. O, ilk döyüşünü bu ilin aprelində keçirib və ilk raundda texniki nokautla qələbə qazanıb.
Qeyd edək ki, bu, Monsivaysın peşəkar boksda ikinci döyüşü imiş. O, ilk döyüşünü bu ilin aprelində keçirib və ilk raundda texniki nokautla qələbə qazanıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0