Dünya çempionatında 9 cüdoçumuz
05.08.2009 - 17:58
Sabah Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə cüdoçuların dünya çempionatı başlanacaq. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışda ölkəmizin şərəfini 9 idmançı qoruyacaq.
Oğlanların mübarizəsində Kamran Bağırov (50 kq), Ceyhun Qatayev (55 kq), Mahir Cəfərli (60 kq), Cəlil Cəlilov (66 kq), Ruslan Fərruxzadə (73 kq) və Andrey Fətiyev (90 kq) qüvvəsini sınayacaq. Xanım cüdoçularımızdan isə Aişə Qurbanlı (48 kq), Şəfəq Muradzadə (52 kq) və Xanım Hüseynova (63 kq) tatami üzərinə çıxacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0