Elnur Məmmədli 2010-cu ildə məşqlərə başlayacaq
06.08.2009 - 13:00
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandırmış cüdoçu Elnur Məmmədli gələn ilin yanvarından məşqlərə başlayacaq. Apasport.az saytının lent.az-a istinadən məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Ağayar Axundzadə deyib.
O bildirib ki, hazırda Məmmədli dizindəki zədənin müalicəsi ilə məşğuldur. Bu məqsədlə cüdoçumuz vaxtaşırı Almaniyada olan həkiminin yanına müalicəyə gedir. Olimpiya çempionu avqustun 26-da Hollandiyanın Rotterdam şəhərində start götürəcək dünya birinciliyinə zədə üzündən qatılmayacaq.
Axundzadənin fikrincə, Məmmədlinin Pekin olimpiadasına hazırlıq dövründə və yarışlar zamanı aldığı xəsarətlər onun uzun müddət sıradan çıxmasına səbəb olub: “Biz istəyirdik ki, Elnuru dünya çempionatına aparaq, sonra da müalicəyə göndərək. Lakin tibbi müayinə nəticəsində Məmmədlinin zədəsinin müalicəsinin təxirəsalınmaz olduğu üzə çıxdı. Artıq o, əməliyyat olunub, bərpası isə ilin sonunadək çəkəcək”.
Qeyd edək ki, Elnur Məmmədli Pekin Olimpiadasında 73 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bundan sonrakı bir illik dövrdə cüdoçumuz heç bir yarışda çıxış etməyib.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0