ŞOK:Milli komandamız Ermənistana gedir!
14.08.2009 - 23:13
Sentyabrın 10-da Ermənistanda gənc cüdoçular arasında Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, paytaxt İrəvanda təşkil olunacaq yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayacaqlar.
Cüdo Federasiyasının baş katibi Zair Məmmədov bildirib ki, sifarişdə nümayəndə heyətinin 14 üzvünün adı göstərilib. Onlardan 4 nəfəri məşqçi, biri hakim, biri isə nümayəndə heyətinin rəhbəridir. Azərbaycan Cüdo Federasiyası səkkiz çəki dərəcəsinin hərəsində bir idmançını təqdim edib.
Avropa çempionatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Zair Məmmədov olacaq. Çempionata məşqçilərdən Rəşad Məmmədov, Fərhad Məmmədov, Rəşad Həsənov və Azər Şıxəliyev, hakimlərdən Valeh Məhərrəmov gedəcək.
Yığma komandamıza isə bu idmançılar daxil edilib: İlqar Müşkiyev (55 kq), Rasim Sədullayev (60 kq), Fəğan Eminoğlu (66 kq), Orxan Dünyamalıyev (73 kq), Ramin Qurbanov (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov (100 kq) və Nadir Babayev (+100 kq).
AzərTac

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0